NANT Distribusiya Şirkəti


"NANT" MMC 2002-ci ildə təsis olunmuşdur. Şirkətimizin əsas profili ərzaq məhsullarının Azərbaycana idxalı və distribusiyasıdır. “NANT” MMC Rusiyanın, İndoneziyanın, Cənubi Koreyanın, Yunanıstanın, Ukraynanın aparıcı istehsal şirkətlərinin rəsmi distribyutorudur. Şirkətin mərkəzi ofisi və anbarı Bakı şəhərində yerləşir. Bundan əlavə regionlarda 6 filialımız və Naxçıvanda bir sub distribyutorumuz mövcuddur. Filiallarımız bunlardır: Bakı, Gəncə, Lənkəran, Quba, Mingəçevir, və Sabirabad. Hər bir filialın öz anbarı və məhsulların satış nöqtələrinə vaxtında çatdırılması üçün öz avtoparkı mövcuddur. Məqsədimiz idxal etdiyimiz məhsulları Azərbaycanın bütün bölgələrində yerləşən hər bir satış nöqtəsinə çatdırmaqdır. Bunun üçün güclü satış komandamız mövcuddur. Anbarlarımız, portfelimizdə olan bütün növ məhsulların saxlama şəraitini tam şəkildə təmin edir. Şirkətimiz müasir iş üslubuna uyğun insan və texniki resurslara malikdir. Satışın təşkili zamanı ən son İT texnologiyalarından istifadə edilir. Hal hazırda şirkətimizdə 400-dən çox əməkdaşımız çalışır. Bizim şirkət hər bir biznes təklifini müzakirə etməyə hazırdır.

Filiallarımızın Satış Zonaları

Bakı Baş Ofisi

Lənkəran Filialı

Quba Filialı

Mingəçevir Filialı

Qarabağ Filialı

Gəncə Filialı

Naxçıvan Filialı

Sabirabad Filialı

Haqqımızda

FİLİALLARIMIZ


Ölkəmizin bütün ərazisini əhatə etmək üçün aşağıdakı filiallarımız mövcuddur:

1. Bakı Baş ofisi (Lökbatan, Xırdalan, Ceyranbatan, Sumqayıt, Bakı),

2. Gəncə filialı (Ağstafa, Gədəbəy, Goranboy, Naftalan, Qazax, Samux, Şəmkir, Tovuz, Gəncə),

3. Lənkəran filialı (Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Masallı,Yardımlı),

4. Mingəçevir filialı (Ağcabədi, Ağdam, Ağdaş, Balakən, Bərdə, Beyləqan, Fizuli, Göyçay, İsmayıllı, Mingəçevir, Oğuz, Qax, Qəbələ, Şəki, Tərtər, Ucar, Yevlax, Zaqatala, Zərdab),

5. Quba filialı (Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Xudat)

6. Sabirabad filialı (Saatlı, Sabirabad, Ağsu, Ələt, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala,Salyan, Şamaxı, Şirvan)

ANBARIMIZ


Şirkətimiz, müxtəlif məhsulların saxlama şəraiti tələblərinə cavab verən müasir anbarlarla təchiz olunmuşdur. Ölkənin bir çox regionlarında müxtəlif həcmlərə malik anbarlarımız fəaliyyət göstərir. Bakı (4500 kv/m), Gəncə (700 kv/m), Mingəçevir (400 kv/m), Lənkəran (300 kv/m) ,Quba (300 kv/m), Sabirabad (230 kv/m), ümumilikdə ərazisi 6430 kv/m olan anbarlarımız ölkənin istənilən nöqtəsinə məhsullarımızın ən qısa zamanda çatdırılmasına imkan verir.

AVTOPARKIMIZ


Məhsullarımızın tez və əlverişli şəraitdə çatdırılmasında nəqliyyat vasitələrimiz mühüm rol oynayır. Məhsulların distribusiyasını təşkil etmək üçün müxtəlif ölçülü 52 yük avtomobilimiz mövcuddur.

MÜŞTƏRİ BAZAMIZ


2002-ci ildən fəaliyyət göstərən şirkətimiz, ölkə daxilində ən böyük şirniyyat məhsullarının distribusiyası mərkəzinə çevrilmiş və minlərlə müştərini özünə cəlb etmişdir. Hal-hazırda müştəri bazamız 8000-dən çoxdur. Ən əsas prioritetini müştəri məmnuniyyəti sayan şirkətimizin alıcı sayı gündən-günə artmaqdadır.

KOMANDAMIZ


Məhsullarımızın ən yüksək səviyyədə nümayişi, çatdırılması və müştəri məmnuniyyətinin tam qorunmasının sirri, güclü komandamızdır. Satış komandamızda bütün filiallar daxil olmaqla, ümumilikdə 400 nəfərdən çox əməkdaşımız çalışır.